“Neftçi”nin bazasına hücum edən 2 azarkeş həbs olunub, 2-si cərimələnib

Hazırda oxunan: “Neftçi”nin bazasına hücum edən 2 azarkeş həbs olunub, 2-si cərimələnib

181075

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Arif Dadaşov, Ceyhun Quliyev, Vasif  Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər iki nəfər isə cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin