Naxçıvanda daha bir müəssisə LƏĞV EDİLDİ

Hazırda oxunan: Naxçıvanda daha bir müəssisə LƏĞV EDİLDİ

181071

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov martın 4-də Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən ləğv edilmiş Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 yanvar tarixli 55/S nömrəli Sərəncamında nəzərdə tutulan daşınmaz əmlak istisna olmaqla) və nəqliyyat vasitələri isə özəlləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilib.

Bundan əlavə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Ali Məclisə təqdim etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə isə aidiyyəti dövlət orqanları ilə birlikdə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin