Elzanın fotosunu görən Kərim od püskürdü: “Ona elə söz dedim ki, oturub ağladı” – VİDEO 

Hazırda oxunan: Elzanın fotosunu görən Kərim od püskürdü: “Ona elə söz dedim ki, oturub ağladı” – VİDEO 

181021

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov bu gün “Rəngarəng səhər” verilişində qonaq olub. Aparıcılar müğənni ilə efirdə oyun keçiriblər. Oyunun şərtlərinə əsasən, Abbasov təqdim olunan rəngli qutuların içindən həmkarlarının fotolarını çıxararaq onlarla bağlı müəyyən açıqlamar verməli olub. 

Bizim.Media xəbər verir ki, qutudan Əməkdar artist Elza Seyidcahanın şəklini çıxaran Kərim əsəbiləşib. 

Üz ifadəsi “180 dərəcə” dəyişən Abbasov əvvəlcə “Bunun şəklini yox edin. Cırın, tullayın” desə də, sonradan 8 mart Beynəlxalq Qadınlar Bayramını yadına salaraq fikrini dəyişib.

Daha sonra müğənni “qanlı bıçaq” olduğu Seyidcahanla münasibətlərinin korlanmasını belə nəql edib: 

“Bu qadın ağzının danışığını bilmir. Ona görə də aramızda qalmaqal yaşandı. Bir müğənninin evində idik. Orada Elza haqqımda artıq-əskik danışdı. Bundan sonra beynim “qızdı”. Ona çox pis şəkildə cavab verdim. Mənimlə hədə-qorxu ilə danışdı. Cavabını betər verdim. Bu sözlərimdən sonra o, həmin qonaqlıqda oturub ağladı”. 
Qeyd edək ki, Kərim ilə Elzanın qalmaqalına səbəb Seyidcahanın illər əvvəl müsahibələrin birində həmkarı Damlanın fotosunu cırması olub. Bundan sonra Abbasov onun bu addımını sərt şəkildə qınayıb. Bir müddət sonra Kərim sosial şəbəkə hesabında Elza tərəfindən hədələndiyini, hətta onu ölümlə təhdid etdiyini açıqlamışdı. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin