“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.
Belə ki, qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.
Dəyişikliyə qədər isə sözügedən hallarda İdarə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:04 / 04.03.2024
"İçərişəhər”də maşınların hərəkətini daha bu qurum tənzimləyəcək
Hazırda oxunan: "İçərişəhər”də maşınların hərəkətini daha bu qurum tənzimləyəcək
Hazırda oxunan: "İçərişəhər”də maşınların hərəkətini daha bu qurum tənzimləyəcək
180985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.