Macarıstanın xarici işlər naziri Makronu tənqid etdi

Hazırda oxunan: Macarıstanın xarici işlər naziri Makronu tənqid etdi

180959

“Öz qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə edən qərbli siyasətçilər NATO ölkələrinin ümumi qərarını pozur”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı deyib. 

O, Fransa Prezidentinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü barədə bəyanatını tənqid edib.

XİN başçısı bu ssenarinin Üçüncü Dünya müharibəsi təhlükəsi yaratdığını qeyd edib.

“Əvvəlcə Qərbi Avropa Ukraynaya yalnız kaskalar göndərirdi, sonra döyüş sursatı, atıcı silahlar, raketlər, indi isə bəzi qərbli siyasətçilər artıq quru qoşunlarının göndərilməsindən danışırlar”, - deyə diplomat bildirib.

“Bu, bizim indiyədək qəbul etdiyimiz qərarlarla tam ziddiyyət təşkil edir. İki il bundan əvvəl NATO-ya üzv dövlətlər alyansın vuruşmayan tərəf olması və NATO ilə Rusiya arasında münaqişədən çəkinmək üçün zəruri olan hər şeyi etmək barədə qərar qəbul edib. Qoşunların göndərilməsindən danışan qərbli siyasətçilər NATO-nun bu qərarını pozurlar”, - deyə nazir əlavə edib.
O vurğulayıb ki, Macarıstan bu məsələ ilə bağlı qəti mövqe tutur: o, Ukraynaya silah və ya hərbi qulluqçu göndərməyəcək. “İnsan həyatı yalnız atəşkəs və sülh danışıqları yolu ilə xilas edilə bilər. NATO müdafiə alyansıdır, kiməsə hücum etmək onun səlahiyyətlərinə daxil deyil”, - deyə Siyyarto xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin