Səudiyyə Ərəbistanı krallığı 2023-cü ilin iyulunda başladığı neft hasilatının könüllü azaldılmasını 2024-cü ilin ikinci rübünə qədər uzatmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki mənbəyə istinadən Səudiyyə mətbuatı məlumat yayıb.
Əvvəlcə bu azalma 2023-cü ilin iyul ayınadək nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb. Səudiyyə Ərəbistanının neft hasilatı 2024-cü ilin iyun ayına qədər sutkada 9 milyon barel olacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:40 / 04.03.2024
Səudiyyə Ərəbistanı neft hasilatını yenidən azaltdı
Hazırda oxunan: Səudiyyə Ərəbistanı neft hasilatını yenidən azaltdı
Hazırda oxunan: Səudiyyə Ərəbistanı neft hasilatını yenidən azaltdı
180946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.