Rusiyanın hərbi texnikası ilə Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür - POLİTOLOQ  

Hazırda oxunan: Rusiyanın hərbi texnikası ilə Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür - POLİTOLOQ  

18094

“Rusiyada Azərbaycan üçün yeni mövzu tapıblar: Dağlıq Qarabağ münaqişəsi bitdiyindən Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsun! Rusiya müharibədən əvvəl və müharibə zamanı Ermənistanı istənilən qədər silahla təhciz etdi və bu proses indi də davam edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi Qənimətlər Parkından - FOTOREPORTAJ


Politoloqun sözlərinə görə, Rusiya bugünə qədər Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketlərinə də aydınlıq gətirməyib:

“Bunun qarşılığında Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı güclənib və bu ittifaq getdikcə güclənəcək. Bunlar varkən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil. İki il öncə “Azərbaycanın bu quruma üzvlüyü mümkündür” fikrini səsləndirən millət vəkillərindən biri ilə qiyabi polemikamız oldu.

O fikrini belə əsaslandırırdı ki, Azərbaycan KTMT-yə üzv olsa, Rusiyadan daha münasib qiymətə hərbi texnika alacaq.

Həqiqətən Azərbaycan bir neçə il ərzində Rusiyadan hərbi texnika alıb, ancaq sonra bu sahədə əsas tərəfdaşlarımız Türkiyə, İsrail və Belarus oldu. Misal üçün, Azərbaycan ötən il Rusiyadan hərbi texnika almayıb. Bu, bizə artıq lazım deyil. Rusiyanın hərbi texnikası ilə Hərbi Qənimətlər Parkında tanış olmaq mümkündür. Ona görə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olaq və Rusiyadan ucuz qiymətə hərbi texnika alaq” bəhanəsi artıq işləmir”.

Politoloq əlavə edib ki, Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr belə bu təşkilatdan narazıdırlar:

“Türkiyə və Azərbaycan Türk Şurasını gücləndirməyə qərar verib. Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan və Özbəkistan da bunda maraqlıdırlar. Əgər Zəngəzur dəhlizi işə düşərsə və bununla regional layihələrin reallaşması sürətlənərsə, Avrasiya İqtisadi Birliyinə maraq arta bilər. Bu məsələdə Bakı ilə Ankaranın koordinasiyası vacibdir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin