Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə “PTV News” nəşri yazıb.
Məlumatda bildirilib ki, Milli Assambleyasının (parlamentin aşağı palatası) 336 deputatından 201-i Pakistan Müsəlman Liqasının liderinin lehinə səs verib.
Onun hökumət başçısı postu uğrunda mübarizədəki rəqibi - Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan isə cəmi 92 səs toplayıb.
Bizim.Media