XİN başçısı: “Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan münasibətlər mövcuddur”

Hazırda oxunan: XİN başçısı: “Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan münasibətlər mövcuddur”

180826

“Dövlətlərarası münasibətlər baxımından Azərbaycan Respublikasının prioriteti bütün xarici dövlətlərlə qarşılıqlı hörmət əsasında münasibətlərin qurulması, dostluq, bir-birinin işinə qarışmama prinsipindən çıxış edərək əlverişli münasibətlərin yaradılmasıdır. Ancaq hər bir dövlət üçün olduğu kimi, təbii ki, Azərbaycan üçün də bütün - 200-ə yaxın dünya dövləti ilə eyni səviyyədə və müstəvidə münasibət qurmaq mümkün deyil. Hər bir dövlət üçün ona daha yaxın dövlət var ki, onlarla münasibətlər daha üst səviyyədə olur, daha geniş əlaqələr mövcuddur. Bəzi ölkələrlə müəyyən sahələrdə əməkdaşlıq həyata keçirilir, digər dövlətlərlə isə normal münasibətlər davam edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində mətbuata açıqlamasında bildirib.

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan nazir, bu münasibətlərin hər bir sahədə yüksək səviyyədə olduğunu və artan dinamika ilə davam etdiyini deyib.

Bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dünyada bənzəri yoxdur:

“Biz buna keçmişimizdə də, yaxın tariximizdə də çox konkret addımlar və inkişaflarla şahidi olduq. Bu gün isə daha geniş Türk coğrafiyasında, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında daha da artan, bütün sahələri əhatə edən əməkdaşlığın yeni üfüqlərinin şahidiyik”.

Forum çərçivəsində bir çox iştirakçı ölkələrin nümayəndələri ilə görüşlərin keçirildiyini qeyd edən nazir hər bir görüşdə həm ölkəmiz, həm də qarşı dövlətlər və xalqlar üçün önəmli layihələrin müzakirə olunduğunu bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin