Misli Premyer Liqasının 25-ci turunda “Turan Tovuz” səfərdə “Zirə” ilə heç-heçə edib - 1:1.
Bizim.Media xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov bərabərliyi belə şərh edib:
- Çətin səfər idi. Bunu bilirdik. “Zirə”yə rəqib meydanında qalib gəlmək çətindir. Bunun üçün çox əziyyət çəkmək lazımdır. İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə, üstünlük bizdə idi. Erkən qol vurduq. Daha sonra iki yüzfaizlik şansımız olsa da, onları boşa verdik. Bilirdik ki, rəqib azlıqda qaldıqdan sonra fasilədə əvəzetmələrlə əks hücuma bel bağlayacaq. Qorxduğumuz başımıza gəldi. Rəqib 11 metrədən hesabı bərabərləşdirdi. Yekunda bərabərə qaldıq. Çempionat çox gərgin keçir. Hər xal vacibdir. Futbolçulara dedim ki, artıq qarşıdakı matçlara köklənməli və daha yaxşı oynamalıyıq.
- Aydın Bayramovun vəziyyəti nə yerdədir?
- Zərbə üz nahiyəsinə olmuşdu. İstədi oyunu davam etdirsin, lakin sonradan başı gicəlləndi. Soyunub-geyinmə otağında pis deyildi. İnşallah yaxşı olar.
- Azlıqda qalan rəqibi qapısına doğru sıxışdırsanız da, qələbə qolunu vurmaq mümkün olmadı. Bunun üçün nə çatmadı?
- Bzim də itkilərimiz var idi. Souza bir məşqdə iştirak etmişdi. Xəyal dünən zədələndi. Denis Marandiçi də yox idi. Həm də nəzərə almaq lazımdır ki, rəqib yaxşı müdafiə olunur. “Zirə” çempionatda ən az qol buraxan komandadır. Kompakt oynayırlar. Sona kimi nizam-intizamı qoruyurlar. Rəşad Sadıqov hər rəqibə görə komandasını hazırlayır. Bizə qarşı artıq ikinci dəfədir üç stoperlə oynayırlar. Bütün bu amillərə görə rəqibin müdafiəsini yarmaq çətinləşir.
- Bugünkü görüşlə ölkə kubokunun 1/8 final matçı arasında paralel aparmaq olar?
- Paralel aparmaq olar. Amma o oyunda biz qol burandan sonra “Zirə”nin böyük təzyiqi oldu. Amma bu gün qoldan sonra da nəzarət bizdə idi. Ümumi götürsək, həmişə “Zirə” ilə oyunlarımız həmişə maraqlı keçir.
- İsmayıl Zülfüqarlını bu gün sol cinah müdafiəçisi kimi meydana buraxmışdınız. O, nə dərəcədə effektli oldu?
- Ən real namizəd o idi. Slavik Alxasov da zədəlidir. İsmayıl əvvəlki klubunda da sol cinahda oynayıb. Müəyyən qədər o mövqe üçün təcrübəsi var. Məncə, pis çıxış etmədi.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:32 / 02.03.2024
"Qorxduğumuz başımıza gəldi" - Ayxan Abbasov
Hazırda oxunan: "Qorxduğumuz başımıza gəldi" - Ayxan Abbasov
Hazırda oxunan: "Qorxduğumuz başımıza gəldi" - Ayxan Abbasov
180825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.