Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev deyib.
İfaçı pul qazanmaq üçün Rusiyaya üz tutan müğənnilərin başqa çarəsi olmadığını deyib:
“Müğənni olana qədər bu insanlar çalışırlar, səslərini yazdırırlar, xərcə düşürlər, mahnı alırlar, müxtəlif estetik əməliyyatlar etdirirlər. Elə belə gəlib efirə çıxmırsan ki... Lakin indi vəziyyət başqadır. Samirə Yusifqızı kimi populyar meyxanaçı-müğənni gedib taksi sürücüsü işləyir.
Mən özüm buna pis baxıram, müğənni öz peşəsi ilə məşğul olmalıdır, amma nə etsin? Harda müğənnilik etməlidir? Hamamda oxusun?! Nə konsert, nə də toy var. Özü də bir ili keçib artıq. Bu gedişlə iki il olacaq. Ona görə Rusiyaya gedən müğənniləri qınamıram”.
İfaçı Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın ora yollanan həmkarlarını tənqid etməsinə də münasibət bildirib. Ə.Mirəliyev qeyd edib ki, bu cür hərəkətlər müğənnilərimizin adına ləkə gətirir:
“Bildiyiniz kimi, bir neçə gün əvvəl Rəqsanə İsmayılova da Rusiyadakı bəzi müğənnilər haqda pis sözlər dedi. Dedi ki, gəlib burda min cür oyun çıxarırlar. O gün Cavanşir Məmmədov da mənə dedi ki, Moskvada biabırçılıqdır. Bizim müğənnilər orada oğlanlı-qızlı oyun çıxarırlar, pula görə adlarına layiq olmayan hərəkətlər edirlər. Bilisiniz, mərdi qova-qova namərd eləmək düzgün deyil. Mən yüz dəfə də desəm ki, düz eləmirlər, yenə alınmayacaq.
Bəs nə etsinlər? Nə ilə dolansınlar? Bu qədər qiymət artımının arasında necə yemək alsınlar? Dövlət yardım eləmir, zavod-fabrik yoxdur ki, gedib işləsinlər.
Adama sual verərlər ki, bəs müğənni nə etsin? Moskvaya getməsin, ora-bura getməsin, Bakıda isə hər şey ölüdür, nə ilə dolansın? Indi də üçüncü dalğa gəlir, hələ bilinmir... Bu millət batıb.
Rusiyaya gedənlər heç müğənni də deyil axı, onlar müğənniciklərdir. Müğənni olmaq niyyətindədirlər.
Əsl müğənnilər, sənətçilər dövlətdən təqaüd alır, müxtəlif universitetlərdə dərs deyib maaşını alır. Bu müğəniciklər nə etsin bəs? Bədənini, oxumağın və s harada nümayiş etdirsin? Bununla razılaşmaq lazımdır. Allah xalqımıza rəhm eləsin”.(Yenisabah)
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:51 / 16.04.2021
Bizim müğənnilər oğlanlı-qızlı Rusiyada oyun çıxarırlar - Əli Mirəliyevdən növbəti QALMAQAL
Hazırda oxunan: Bizim müğənnilər oğlanlı-qızlı Rusiyada oyun çıxarırlar - Əli Mirəliyevdən növbəti QALMAQAL
Hazırda oxunan: Bizim müğənnilər oğlanlı-qızlı Rusiyada oyun çıxarırlar - Əli Mirəliyevdən növbəti QALMAQAL
18079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.