Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yayılan məlumat təkzib olunur:
"Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib.
Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.
Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 16.04.2021
Binəqədi Polis İdarəsinin müstəntiqi ilə bağlı rüşvət İDDİASI - Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Binəqədi Polis İdarəsinin müstəntiqi ilə bağlı rüşvət İDDİASI - Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Binəqədi Polis İdarəsinin müstəntiqi ilə bağlı rüşvət İDDİASI - Baş Prokurorluqdan AÇIQLAMA
18076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.