Dimitri Rodionov: “Paşinyan Rusiyadan tamamilə qopmağa hazırlaşır”

Hazırda oxunan: Dimitri Rodionov: “Paşinyan Rusiyadan tamamilə qopmağa hazırlaşır”

180756

“Son baş verənlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Rusiyaya qarşı atılan ilk qeyri-dost addım deyil. Bütün bunlar Ermənistan rəhbərliyinin atdığı son addımların ümumi sərtliyinə uyğun gəlir. Ona görə də burada təəccüblənəcək, üzüləcək bir şey yoxdur. Burada başa düşmək lazımdır ki, bütün bunlar baş plandır və məqsəd Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılmasıdır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan KİV-nə açıqlamasında politoloq, İnnovativ İnkişaf İnstitutunun Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Dmitri Rodionov Zvartnots hava limanında rus sərhədçiləri ilə bağlı xəbəri şərh edərkən deyib.

“Söhbət, Rusiya ilə dostluq simvollarının məhv edilməsindən, Ermənistan cəmiyyətini Rusiyanın təhlükəsizliyin təminatçısı ola bilməyəcəyinə inandırmaqdan gedir. Paşinyanın komandası məhz buna çalışır. Onlar mütəmadi olaraq təkrarlayırlar ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısı ola bilməz.
Yəni əvvəlcə simvollar silinir və inam məhv edilir. Bundan sonra o, KTMT-dən çıxmaq qərarını verəcək. Təbii ki, növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması olacaq.

Bunların hamısını tez etmək olmaz, çünki cəmiyyət sarsıla bilər. Cəmiyyətdə hələ də rusiyapərəst əhval-ruhiyyə var, lakin belə kiçik addımlarla Paşinyan rejimi Rusiyadan tam şəkildə qopmağa hazırlaşır”, - Rodionov bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin