Qriqoryan: “KTMT Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımır”

Hazırda oxunan: Qriqoryan: “KTMT Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımır”

180722

“KTMT Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımır, Rusiya ilə Avropa İttifaqı arasında fərq budur”.


Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Birinci Kanal”a müsahibəsində bildirib.

Qriqoryan bildirib ki, Ermənistan Rusiyaya düşmən addımlar atmır: “Biz sadəcə alternativlər axtarırıq. Rusiyada bəzən dolayı və açıq şəkildə deyirlər ki, “bacarmırıq, məşğuluq, bütün sahələrlə məşğul olmağa vaxtımız yoxdur”. Ermənistan öz təhlükəsizliyini təmin etməyə çalışır, burada hansı düşmənçilikdən söhbət gedə bilər?”, - deyə Qriqoryan qeyd edib.

O bildirib ki, İrəvan Almatı Bəyannaməsini Ermənistan və Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin konkretləşdirilməsi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və Ermənistanın suverenliyinin qorunması üçün əsas kimi qəbul edən bütün tərəfdaşlarla danışıqlar aparır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin