Dünya futbolunda iz qoymuş məşçilərdən olan Joze Mourinyo yalnız bir oyunun nəticəsinə görə ağlayıb.
Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis "Real"ı çalışdırarakən - Çempionlar Liqasının 2011-2012 mövsümünün finalında "Bavariya"ya penaltilər seriyasında uduzduqları matçın ardından göz yaşlarını saxlaya bilmədiyini deyib:
“Bavariya"ya məğlubiyyətdən sonra evə gedərkən ağladım. Bu karyeramda ilk və son oldu. Sonra mənə Xorxe Mendeş zəng vurub dedi ki, Kriştiano çox üzgün durumdadır, onun evinə get. Ölü adamdan heç bir fərqim olmadığını bildirdim. Bunu edə bilməyəcəyimi desəm də, sonda Ronaldonun evinə getdim. İkimiz də çox bərbad vəziyyətdə idik".
Qeyd edək ki, "Real"ı çalışdırdığı müddətdə Çempionlar Liqasını qazana bilməyən Mourinyo daha sonra "Çelsi", "Mançester Yunayted", "Tottenhem" və "Roma"nın baş məşqçisi olub. 61 yaşlı məşqçinin adı son günlər "Bavariya" ilə hallanır.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:45 / 02.03.2024
Mourinyonu ağladan yeganə oyun
Hazırda oxunan: Mourinyonu ağladan yeganə oyun
Hazırda oxunan: Mourinyonu ağladan yeganə oyun
180717
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.