“Əmin-amanlıq, sülh və azadlıq əsri olacağına ümid etdiyimiz XXI əsr gözlənilənlərin əksinə, tədricən böhranlar dövrünə çevrilir. Türkiyə isə böhranlardan ən çox təsir görən ölkələrdən biridir. Bəşəriyyətin gündəmində olan münaqişələrin, gərginliklərin, müharibələrin və risklərin böyük əksəriyyəti Türkiyənin yaxın coğrafiyasında yaşanır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun martın 1-də keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Builki forumun əsas mövzusu barədə danışan Prezident Ərdoğan qlobal siyasətin mövcud vəziyyətinin mövzunun nə dərəcədə düzgün seçildiyini göstərdiyini, bəşəriyyətin ağrılı və böhran dövründən keçdiyini deyib.
Qeyd edilib ki, dünyada baş verən hadisələr yalnız siyasətdə deyil, istehsal, idarəetmə, ticarət, texnologiya kimi bir çox sahələrdə də özünü göstərir.
Ərdoğan çıxışında bəşəriyyətin üzləşdiyi digər mühüm problemlərə də diqqət çəkərək, beynəlxalq sistemin minimal öhdəlikləri belə yerinə yetirə bilmədiyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:31 / 01.03.2024
“Türkiyə böhranlardan ən çox təsir görən ölkələrdən biridir” - Ərdoğan
Hazırda oxunan: “Türkiyə böhranlardan ən çox təsir görən ölkələrdən biridir” - Ərdoğan
Hazırda oxunan: “Türkiyə böhranlardan ən çox təsir görən ölkələrdən biridir” - Ərdoğan
180707
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.