Şəkidə piyadanın ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

Hazırda oxunan: Şəkidə piyadanın ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

180532

Xəbər verdiyimiz kimi bu gün saat 17:30 radələrində Şəki şəhəri ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobil ilə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub.

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki,  avtomobilin sürücüsü ötmə qaydalarına əməl etmyərək sürəti artırıb və bu zaman yolu keçməyə çalışan yaşlı qadını görməyib. Beləcə qəza baş verib və qadın elə hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin