Britaniya hökuməti xərçəngə yoluxan III Çarlzın ölümü ilə bağlı PLAN HAZIRLAYIB

Hazırda oxunan: Britaniya hökuməti xərçəngə yoluxan III Çarlzın ölümü ilə bağlı PLAN HAZIRLAYIB

180530

Böyük Britaniya xərçəng xəstəliyindən əziyyət çəkən Kral III Çarlzın ölümü halında plan hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Planın mahiyyəti hakimiyyətin III Çarlzın ölümü halında  Şahzadə Uilyama keçidi ilə bağlıdır.

Bununla yanaşı sənədə əsasən Baş nazirə və digər mühüm rəsmilərə Kralın ölümü ilə bağlı əvvəlcə məlumat verilməsi, ardınca isə Britaniya televiziyasında canlı yayımla elan edilməsi planlaşdırılıb.

Qeyd edək ki, III Çarlz prostat vəzində böyümə aşkarlandığından yanvar ayında tibbi prosedurdan keçib. Müayinə zamanı Krala xərçəng diaqnozu qoyulub. Bununla bağlı o, müvəqqəti olaraq dövlət vəzifələrini yerinə yetirməyi də dayandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin