Milyonçu iş adamı xanımına Ebru Gündəşlə xəyanət edib? - İDDİA

Hazırda oxunan: Milyonçu iş adamı xanımına Ebru Gündəşlə xəyanət edib? - İDDİA

180523

Daha əvvəl Rza Zərrabla evliliyi Hadisəyə görə yarıda bitən müğənni Ebru Gündeşlə özündən 12 yaş kiçik Murat Osman Özdemirin münasibətinin "haram" eşq olduğu iddia edilib. Yəni Murat evli ola-ola keçmiş həyat yoldaşına Ebru ilə xəyanət edib. Bütün bunlara rəğmən E.Gündeş və M. Osman Özdemir Dubayda evləniblər.

Bizim.Media xəbər verir ki, bu gün Muratın keçmiş həyat yoldaşı Selin Kabaklı  "Söylemezsem Olmaz" verilişinin canlı efirinə qatılaraq qamaqallı və səs-küylü açıqlamalar verib.

"Mənim efirə çıxmağıma ehtiyac olsaydı bunu 2 il əvvəl edərdim. Rica edirəm, yaralı ana və 5 yaşlı qızını gözardı etmədən danışın. Mən danışsam, yer yerindən oynayar. Amma bunu etməyəcəyəm, çünki bir qızım var. Onu düşünən və qoruyan anayam. Heç kəsin ahı kimdəsə qalmaz".
Qeyd edək ki, 2 dəfə evli olan Muradın 3 övladı var. Ebru isə 3 dəfə ailə qurub və boşanıb. Müğənninin keçmiş həyat yoldaşı iş adamı Rza Zərrabdan Alara adında bir qız övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin