Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev beynəlxalq təşkilatdakı çıxışında Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyanın təhdidi ilə bağlı məsələyə toxunub.
Bizim.Media-nın məlumatına görə, bununla bağlı icma sədri “Facebook” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi təhdid etdi - Başını kəsəcəyik
“Ermənistan parlamentinin əməkdaşı tərəfindən mənə edilmiş ölüm təhdidi barəsində bir neçə beynəlxalq parlament təşkilatının birgə təşkil edilən terrorizm və ekstremizm mövzusuna həsr edilmiş onlayn konfransda iştirakçılarını məlumatlandırdım”,- deyə Tural Gəncəliyev yazıb.
Qeyd edək ki, L.Gözəlyan T. Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.
Bizim.Media