"Bakı və İrəvan sülh müqaviləsinə doğru çətin yolla gedir" - Annalena Berbok - FOTO

Hazırda oxunan: "Bakı və İrəvan sülh müqaviləsinə doğru çətin yolla gedir" - Annalena Berbok - FOTO

180476

Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb.

“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir” , - paylaşımda qeyd olunub.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin