“Sosial şəbəkələrdə haqqımda yazırlar ki, Mehriban Xanlarova efirlərə çıxıb gündə bir paltar geyinir və gözlük taxır. Mən verilişlərə qonaq gedirəm. Gözəl görsənmək istəyirəm, niyə də geyinməyim? Məndə seçilən odur ki, hər geyimə uyğun gözlük taxmağımdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Aktrisa haqqında söylənilən “gündə bir geyim geyinir” fikirlərinə cavab verib. Xanlarova bildirib ki, nə geyindiyi geyimlər, nə də ki, idarə etdiyi avtomobil ona aiddir:
“Zaur Baxşəliyev aparıcısı olduğu “Bizimləsən” verilişində mənə sual verdi ki, “Bu geyimlər sənin deyil?” Cavab verdim ki, “Xeyr! Mənim deyil. Hətta taxdığım bu gözlük də mənim deyil”.
Bunu niyə yalan deyim ki? Gərək, mən multimilyarder olum ki, gündə bir paltar alım. Hazırda sürdüyüm avtomobil də mənim deyil. Avtomobil salonlarının birindən onu kirayəyə götürmüşəm. Aldığım maaşı və əlimə 1-2 manat düşən kimi ancaq ailəmə xərcləyirəm. Mən heç zaman istəmərəm ki, anam qonşudan adi bir duza görə ağız açsın, qapı döysün. Özüm yeməsəm də olar”.
Rəşad Əliyev, Bizim.Media