Aİ-nin Ermənistandakı missiyası təşkilatın bayrağı və emblemi olan beş maşınla Azərbaycanla şərti sərhədə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "Caliber.az" Telegram kanalı yazıb.
Mənbə bildirir ki, missiya Naxçıvanla sərhəddə tikilən metallurgiya zavoduna baş çəkib.
“Avropa kəşfiyyatçıları metallurgiya zavodunun tikintisini bərpa etmək istəyirlər... Onun tikintisinə Qərb sərmayəsi qoyulub”, - deyə nəşr qeyd edib.
Missiyanın gəlişi əvvəlcədən planlaşdırılmayıb. Bu, Azərbaycan tərəfinə təqdim olunan monitorinq cədvəlinin tarixi, vaxtı, marşrutu və koordinatlarına uyğun gəlməyib. Daha sonra onlar Azərbaycanın Laçın rayonuna doğru gediblər.
Xatırladaq ki, 14 sentyabr 2023-cü ildə Aİ missiyası bu zavodun sökülməsi ilə bağlı məlumat dərc edib. Mətn sonradan dəyişdirilib və qeyd olunub ki, missiya müntəzəm olaraq zavodun ərazisində patrul xidməti həyata keçirir.
Bizim.Media
- A-
- A
- A+
Region
15:24 / 29.02.2024
Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla şərti sərhədə gəldi - Bakı ilə RAZILAŞDIRMAYIB
Hazırda oxunan: Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla şərti sərhədə gəldi - Bakı ilə RAZILAŞDIRMAYIB
Hazırda oxunan: Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla şərti sərhədə gəldi - Bakı ilə RAZILAŞDIRMAYIB
180456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.