Azərbaycan kommersiya qazının Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) ilə boru kəmərinin mərhələli genişlənməsi, hidrogen, bərpa olunan qazların tədarükü, karbon neytallığına nail olunması ilə bağlı həyata keçirilən prosesləri dəyərləndirdik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:28 / 29.02.2024
TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub - RƏSMİ
Hazırda oxunan: TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub - RƏSMİ
Hazırda oxunan: TAP ilə Avropaya 33 milyard kubmetrdən çox qaz nəql olunub - RƏSMİ
180440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.