Bu şəxslərə müavinətin verilməsi təklif EDİLİR 

Hazırda oxunan: Bu şəxslərə müavinətin verilməsi təklif EDİLİR 

180413

3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi təklif edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

Həmçinin müvafiq yaşda olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin məbləğinin artırılması, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması təklif edilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin