Parisdə yaşayan erməni jurnalist Leo Nikolyan Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazirejimi” sənədli filmində danışıb.
Erməni jurnalist Makronun onu hədələdiyini, indi də ASALA erməni terrorçularının hədəfinə çevrildiyini vurğulayıb.
Leo Nikolyan küçədə gördüyü Makronu tənqid etdiyi üçün təqiblərə məruz qaldığını, 52 saatlıq həbsdən sonra Dubay və İstanbulda yaşayaraq bir müddət Fransanı tərk etdiyini bildirib.
Jurnalistin sözlərinə görə, Makron ona ASALA terrorçusu Ara Tumayan və onun qohumu, daşnak lideri Murad Papazyanın adlarını çəkib. Bundan sonra Leo Nikolyana qarşı təqiblər başlayıb.
Bizim.Media