Koronavirus uşaqlarda “Kavasaki” sindromu yarada bilir - BAŞ PEDİATR

Hazırda oxunan: Koronavirus uşaqlarda “Kavasaki” sindromu yarada bilir - BAŞ PEDİATR

18037

Koronavirus infeksiyası uşaqlarda başqa fəsadlar yarada bilər.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus daha çox kişilərin qəniminə çevrilib – ELMİ İZAHI 


Pediatr bildirib ki, COVID-19 uşaqlarda “Kavasaki “sindromunun əmələ gəlməsinə səbəb ola bilər.

Yəni qan laxtalanması pozula bilər, nəticədə dərialtı səpkilər, orqan və toxumalarda qansızmalar baş verə bilər. Həmçinin böyrək və ürəkçatışmazlığı problemləri də yaşana bilər. 

Nəsib Quliyev mümkün olan bütün hallarda uşaqlara qarşı daha diqqətli olmağı məsləhət görüb. Nəzərə çatdırıb ki, valideynlər özlərini necə qoruyurlarsa, uşaqları da eyni qaydada koronavirus infeksiyasından qorumalıdırlar. 

“Uşaqlar virusa yoluxmur” kimi absurd fikirlərə inanmamalıdırlar. Anabətnində olan döl də koronavirus infeksiyasına  yoluxa bilər”,- deyə pediatr vurğulayıb.

Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması, mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidir. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin