Əminə Şirin: "Meyxanaçı Vüqar məclisdə mənə hörmətsizlik etdiyi üçün onunla davaya çıxdım" - VİDEO

Hazırda oxunan: Əminə Şirin: "Meyxanaçı Vüqar məclisdə mənə hörmətsizlik etdiyi üçün onunla davaya çıxdım" - VİDEO

180363

Müğənni Əminə Şirin qalmaqal  yaşadığı meyxanaçı Vüqar Əbdülovla münasibətlərindən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.

Əminə bildirib ki, Vüqar məclislərin birində ona qarşı böyük hörmətsizlik edib. Bunun qarşılığında isə müğənni meyxanaçı ilə davaya çıxıb:

"Varlığım onlar üçün çox böyük səbəbdir ki, məni qəbul etmirlər. Mənim dilimə görə, dilçəyim də var. Mən bacardığım qədər kömək etmişəm, amma kömək gözləməmişəm. Lazım olub, Vüqar Əbdülovun hansısa dostunun məclisinə gedib, pulsuz çıxış etmişəm. 

Ölkəmizdə bek-vokal oxumaq çox çətin bir məsələdir. Bunu isə ən gözəl şəkildə bir mən bir də həmkarım Natavan Həbibi bacarır. Natavan artıq bu işlərə getmir. Mən də artıq demişəm ki, bəstəkar və vokal müəllimim Vaqif Qərayzadədən öyrəndiyim öz biliyimi artıq özümə xərcləyirəm. 

Sadəcə bir şeyi məndən kömək istəmədən əvvəl heç olmasa ara-sıra mənə zəng elə de ki, “Əminə necəsən…” Sən Vüqar,  bunu etmədiyin halda birdə-birə mənə yazırsan ki, “filan vaxtı gəl bir mahnıda bek-vokal oxumaq lazımdır, yardım elə”. Mən bunu onun özünə də dedim. Sonra xoşagəlməz geri dönüş aldım. Heç bir həmkarım deyə bilməz ki, kimin üçünsə pulsuz bek-vokal oxumuşam. Əsla düşünmürəm ki, burada təqsirkar özüməm. Xeyr! Axı məndən bir, iki insan istəməyib ki, bek-vokalı pulsuz oxuyum. Bunu məndən eyni deyil, fərqli insanlar istəyiblər”. 

Sənətçi qeyd edib ki, çətin zamanlarında ona daha çox Xalq artisti Röya Ayxan dəstək olub:

“Hətta həmkarım Xalq artisti Röya Ayxan bu yaxınlarda studiyada yazdırdığı mahnı zamanı söylədi ki,  “mən Əminəyə bek-vokallarına görə nə qədər ödəniş etməliyəm”. Deyirəm ki, əgər mən Röyadan oxuduğum o bek-vokallarımın ödənişini alsam, o zaman gərək mən yerə girim, ölüm-batım.

Çünki kimsənin Əminəni axtarmadığı və məni “filan tanışımın məclisidir, gəl pulsuz oxu” deyib axtardığı dövrdə yalnız Röya mənə dəstək durdu. Tək onunla oxuduğum duetdən danışmıram, zəng elədi kimlərəsə dedi ki, “siz məni, mən də Əminəni dinləyirəm. Mənim qızımın xətrinə dəyməyin”. 
Əminə bildirib ki, meyxanaçıdan özünə qarşı hörmətsizlik görüb:

“Vüqar mənə əmr deyil, ərkyana söylədi ki, “gəl oxu bu məclisdə”. Sonra anamla bir məclisə getmişdim. Orada özümə qarşı çox böyük bir hörmətsizlik gördüm. Və həmin hörmətsizliyin Vüqar beş qatını orada aldı məndən. Kiminsə önündə hörmətdən dolayı susanda deyirlər ki, “bunun hansısa bir səhvi var”. Bizim işdə susmaq olmaz. Vüqar Əbdülovla aramızda söz-söhbət hətta davaya qədər çıxıb".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin