Boksçularımız olimpiya lisenziya turnirində mübarizə APARACAQLAR

Hazırda oxunan: Boksçularımız olimpiya lisenziya turnirində mübarizə APARACAQLAR

180347

Martın 3-də İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri start götürəcək. 

Bizim.Media xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) və Şəhla Abdullayeva (66 kq) yer alacaq.

Turnirdə 114 ölkədən 632 (399 kişi, 233 qadın) boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 21 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Reqlamentə əsasən, bütün çəki dərəcələrində yarımfinalçılar Fransa paytaxtında iştirak hüququna yiyələnəcəklər. Yalnız qadınlarda 57 kq-da finalçılar və 60 kq-da ilk 3 yer Olimpiya lisenziyasına sahib olacaq.

Kişilərdən ibarət Azərbaycan millisi artıq fevralın 22-dən İtaliyada təlim-məşq toplanışındadır, qadın boksçularımız isə Busto Arsizioya sabah yollanacaqlar.

Qeyd edək ki, yığmamızın heyətində artıq Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin