Kişi kafedə zənglərinə cavab verməyən tanışını bıçaqladı - HÖKM

Hazırda oxunan: Kişi kafedə zənglərinə cavab verməyən tanışını bıçaqladı - HÖKM

180341

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Cavid Qayıbovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” şadlıq sarayının həyətindəki adsız kafedə qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Cavid Qayıbov spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı, zərərçəkmiş Zaman Qədirovla (şərti) mübahisə edib.
Mübahisəyə səbəb isə zərərçəkmiş əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsi olub. Sonra o, kafedən bıçaqla Zamanın qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Cavid Qayıbov cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin