Məşğulluq Agentliyinin ən yüksək maaşla iş təklif etdiyi RAYONLAR – SİYAHI 

Hazırda oxunan: Məşğulluq Agentliyinin ən yüksək maaşla iş təklif etdiyi RAYONLAR – SİYAHI 

180315

Dövlət Məşğulluq Agentliyinin (DMA) 2023-cü ilin sentyabrın 27-dən cari ilin fevral ayının 21-nə qədər təqdim etdiyi vakansiyaların böyük əksəriyyəti regionları əhatə edir.

Bizim.Media xəbər verir ki, DMA tərəfindən müxtəlif vəzifələr üzrə ümumilikdə 45 vakansiya elan olunub.

Bu vakansiyalarda aylıq əməkhaqları 400 - 2000 manat arasında dəyişir və böyük əksəriyyəti özəl müəssisələrə aiddir. 

Qeyd edək ki, ən az maaşa (345-600 AZN) malik olan vakansiyalar Hacıqabul (345 AZN),  Qəbələ (400 AZN), Abşeron (400-450 AZN), Gəncə (400-600 AZN), İmişli (400-600 AZN), Mingəçevir (422 AZN) və Balakən (400-600 AZN) şəhərlərindədir.

Orta aylıq əmək haqqına (500-1000 AZN) sahib vakansiyalar Gəncə (600-1000 AZN), Xırdalan (500-800 AZN), Sumqayıt şəhərlərində (500-900 AZN), eləcə də Şəki (550 manat), Beyləqan (500-600 AZN), Neftçala (550-650 AZN), Zaqatala (500-700 AZN), Şəmkir (500-800 AZN), Şirvan (500-800 AZN), Qazax (538–1000 AZN), Oğuz (500-1000 AZN), Qusar (500-1000 AZN), Abşeron (650-1000 AZN), Sabirabad (600-700 AZN), Qəbələ (700-1000 AZN), Quba (850-950 AZN), Ağdaş (879 AZN), Ağsu (888 AZN) və  Xaçmaz (800-1000 AZN) rayonlarındadır. 

Ən yüksək əmək haqqına (1100-2000 AZN) sahib vəzifələr isə Hacıqabul (1400-1600 AZN), Qusar (1200 AZN), Ağdam (1000-1500 AZN), Abşeron (1150-1500 AZN) rayonlarında, eləcə də Sumqayıt (1500 AZN) və Mingəçevir (1900 – 2000 AZN) şəhərlərindədir. 

Təklif olunan vəzifələr aşağıdakılardır:

- Texnik (Abşeron / 400-450 manat);

- Tır sürücüsü (Abşeron / 650 – 1000 manat);

- Satış üzrə mütəxəssis (Abşeron / 841 manat); 
 

- Elektrik ustası (Abşeron / 950 – 1150 manat);

- İnsan resursları üzrə mütəxəssis (Abşeron / 1300-1500 manat); 

- Gözətçi (Sumqayıt / 500- 900 manat); 
 

- Təchizat şöbəsinin rəhbəri (Sumqayıt / 500 – 1500 manat);

- İstehsalat üzrə menecer (Sumqayıt / 800 manat);

- Anbardar (Sumqayıt / 800 manat / Baku Steel Company QSC);

- Satınalma üzrə mütəxəssis (Gəncə / 400-600 manat); 
 

- Əməyin mühafizəsi üzrə mütəxəssis (Gəncə / 500-600 manat); 

- Satışlar və müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Gəncə / 600-800 manat);

- İnşaat mühəndisi (Gəncə / 800 – 1000 manat);

- Satıcı (Qusar / 500 manat); 

- Baş aşbazın köməkçisi (Qusar / 800 – 1000 manat);

- Baş aşbaz (Qusar / 1000 – 1200 manat);

- İstehsalat şöbəsinin operatoru (Oğuz / 500 – 700 manat;

- Baş məşqçi (Oğuz / 500 – 900 manat);

- Növbə rəisi (Oğuz / 600 – 1000 manat); 

- Anbardar (Xırdalan / 500 – 700 manat);

- Supervayzer (Xırdalan / 750-800 manat);

- Böyük elmi işçi (Qazax / 538 manat / "Orta əsr Ağsu şəhəri" DTMQ); 

- Dağ-mədən mütəxəssisi (Qazax / 800 – 1000 manat);

- Mühəndis proqramlaşdırıcısı (Mingəçevir / 422 manat);

- Boya işləri üzrə iş icraçısı (Mingəçevir / 1900-2000 manat);

- Marketinq mütəxəssisi (Xaçmaz / 800-1000 manat);

- Təsərrüfat şöbəsinin meneceri (Xaçmaz / 800–1500 manat); 

- Elektromontajçı (Qəbələ / 400 manat); 

- İxracat və logistika üzrə menecer (Qəbələ / 700 – 1000 manat);

Digər rayonlar isə əmək haqqı vəziyyətinə görə aşağıdakı kimi sıralanıb:

- Aşbaz (Hacıqabul / 345 manat);

- Elektrik ustası (İmişli / 400 – 600 manat);

- Kassir (Balakən / 400-600 manat); 

-  Anbardar (Beyləqan / 500-600 manat);

- Regional nümayəndə (Zaqatala / 500-700 manat);

- Xəzinədar (Şirvan / 500-800 manat / Rabitəbank); 

- Planlama üzrə mütəxəssis (Şəmkir / 500 – 800 manat);

- Xəzinədar (Şəki / 550 manat);

- Qazmaçı köməkçisi (Neftçala / 550-650 manat);

- Ekspeditorun assistenti (İmişli / 550-650 manat);

- Böyük mühasib (Sabirabad / 600 -700 manat); 

- Yük avtomobili sürücüsü (Quba / 850-950 manat);

-  Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Ağdaş / 879 manat); 

-  Mühəndis (Ağsu / 888 manat / Azəriqaz İB); 

- Prefabrik dəmir-beton məmulatları direktoru (Ağdam / 1000 – 1500 manat); 

- Mühəndis-texnoloq (Hacıqabul / 1400-1600 manat).

Qeyd edək ki, bu vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşa bilər.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin