İlk uçuşunu uğurla həyata keçirən Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “Kaan” üçün yeni işlərə başlanılıb.
Bizim.Media "Haber Global" telekanalına istiandən xəbər verir ki, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) təyyarəyə radarda görünməzlik xüsusiyyəti qazandıracaq yerli və milli layihələrin hazırlanması üzərində işləyəcək.
Xatırladaq ki, Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.
Bizim.Media