Bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 139,114 milyon manat sığorta haqqı toplanılıb.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.
Ötən ay sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:34 / 26.02.2024
Azərbaycanın sığorta bazarı 4 % BÖYÜYÜB
Hazırda oxunan: Azərbaycanın sığorta bazarı 4 % BÖYÜYÜB
Hazırda oxunan: Azərbaycanın sığorta bazarı 4 % BÖYÜYÜB
179931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.