"Azərbaycanla qarşıdurmada ermənilərə heç bir güclü silah kömək etməyəcək" - İsrailli politoloq

Hazırda oxunan: "Azərbaycanla qarşıdurmada ermənilərə heç bir güclü silah kömək etməyəcək" - İsrailli politoloq

179904

"Unutmayın ki, Fransa dünyanın əsas silah istehsalçılarından və ixracatçılarından biridir. Amma digər tərəfdən də başa düşməliyik ki, silahların keyfiyyəti bir şeydir, ordunun döyüş qabiliyyəti başqadır".

Bizim.Media xəbər verir ki, bunu israilli politoloq, siyasi elmlər namizədi, Aziznews.com saytının redaktoru Yuri Boçarovla caliber.az-ın "Fransanın Ermənistana verdiyi silahların keyfiyyətini və imkanlarını necə qiymətləndirirsiniz?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, son onilliklərin müharibələrinin göstərdiyi kimi, qalib gələn silah deyil, insanlardır:

"Erməni “döyüşçüləri” nəyə qadir olduqlarını 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı sübut ediblər. Ona görə də Azərbaycanla qarşıdurmada onlara heç bir yeni, hətta güclü silah da kömək etməyəcək".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin