Ölkəmiz güclü dövlətlərin münaqişə meydanına çevrilir - Erməni politoloq

Hazırda oxunan: Ölkəmiz güclü dövlətlərin münaqişə meydanına çevrilir - Erməni politoloq

179902

“Münhen və Parisdən sonra Ermənistan üçün yeni reallıq yaranıb. Bir şəxs (Paşinyan nəzərdə tutulur) birtərəfli və bəlkə də ölümcül qərarlar qəbul edir və bu anda onu saxlaya biləcək heç bir mexanizm yoxdur. Bu o deməkdir ki, hələlik o, istədiyini edəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə “Alternativ layihələr” qrupunun üzvü Vaqe Oqanesyan öz Facebook səhifəsində yazıb.

“Əgər biz köhnə ətalətlə hərəkət etməyə davam etsək, miqyasını və nəticələrini proqnozlaşdırmaq mümkün olmayan yeni fəlakətlər silsiləsi ilə üzləşəcəyik.

Bu yeni reallığın parametrləri ondan ibarətdir ki, Ermənistan böyük dövlətlər arasında açıq münaqişə meydanına çevrilir. Nikol Paşinyan 2+1 regional “korrida” formatı yaradır: Azərbaycan, Türkiyə + Rusiya. Sonra İran gəlir. Əgər bundan əvvəl Ermənistanda güc mərkəzləri arasında münaqişə az-çox ölkənin suverenliyinə və oyun qaydalarına uyğun gedirdisə, indi bu, baş verməyəcək. Biz münaqişənin istənilən təzahürünü görəcəyik. Bu son dərəcə təhlükəli yeni oyun qaydasının müəllifi Ermənistandır.
Nə vaxtsa dövlət sistemi iflasa uğrayacaq. Repressiya bu prosesi daha da sürətləndirəcək. Bu gün heç bir normal insan bu hakimiyyətlə işləmək istəmir. Daxili qarışıqlıq, çox vektorlu çirkin proseslər... Dövlətin daxili homeostazı pozulur. Cəmiyyət sahibsiz qalıb", - Oqanesyan qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin