"İrəvandakı siyasətçilər ayılmalıdır ki, sahib olduqlarını itirməsinlər".
Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.
"Ümid edirəm ki, məndən inciməzlər. Zaman çox dəyişir və ümumən dünyada vəziyyət dəyişəcək. Buna görə də, kompakt (kiçik nəzərdə tutulur) dövlətlərə lazımsız hərəkətlər etmək lazım deyil. Düşünürəm ki, Nikol emosional açıqlama verib", deyə o, qeyd edib.
Bizim.Media