Renatın komandası uduzdu, "Fənərbağça" qalib gəldi

Hazırda oxunan: Renatın komandası uduzdu, "Fənərbağça" qalib gəldi

179736

Türkiyə Superliqasında 27-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Konyaspor"a uduzub. 

Dadaşov da bu görüşdə iştirak edib. O, 71-ci dəqiqədə meydana çıxıb və sona qədər oynayıb.

"Kayserispor" "Ankaragücü"nü, "Başakşehir" "Qaziantep"i, "Fənərbağça" isə "Kasımpaşa"nı üstələyib.

Türkiyə Super Liqası, 27-ci tur

24 fevral

"Kayserispor" - "Ankaragücü" - 3:2

Qollar: D.Nazon, 53, J.Jenvir, 62, C.Mane, 90+3 - K.Bassoqoq, 45, E.Bekiroğlu, 45+4

"Qaziantep" - "Başakşəhər" - 0:2

Qollar: K.Pyontek, 60, M.Abed, 90+8

"Fənərbağça" - "Kasımpaşa" - 2:1

Qollar: M.Hakan Yandaş, 64, M.Batşuayi, 90+6 - C.Poroso, 58

"Konyaspor" - "Hatayspor" - 2:0

Qollar: U.Yazqılı, 52, O.Ulgun, 56

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin