Kişilərə 5 məhsulu yemək TÖVSİYƏ OLUNMUR – Diyetoloq zərərlərini AÇIQLADI

Hazırda oxunan: Kişilərə 5 məhsulu yemək TÖVSİYƏ OLUNMUR – Diyetoloq zərərlərini AÇIQLADI

179673

Kişilərə bu qidaları yemək tövsiyə olunmur

Kişilərin sağlamlığı üçün ən təhlükəli qida soya protenidir.

Bizim.Media "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, diyetoloq Tatyana Meşçeryakova kişilərin sağlamlığı üçün təhlükəli olan qidaların siyahısını açıqlayıb.

Onun sözlərinə görə, siyahıda birinci yeri tutan soya bir çox kolbasalarda, idmançılar tərəfindən aktiv istifadə edilən soya zülalında, soya südündə, tofuda, qulançar soyasında olur.
İkinci yerdə alkoqol, xüsusən də pivə gəlir. Pivədə maddələr mübadiləsinin pozulması və piylənmə proseslərini sürətləndirən fitoestrogen var.

Üçüncü qrup məhsullar şirin qazlı içkilərdir. Onlar istər kişilərin, istərsə də qadınların pəhrizlərində arzuolunmazdır. Həkim bunun dayaq-hərəkət sisteminin pozulmasına, ürək-damar və sinir sistemlərinin disfunksiyasına apardığını bildirib.

Diyetoloq hesab edir ki, toyuq əti alarkən də diqqətli olmaq lazımdır. Çünki toyuq ətində quşçuluq sənaye texnologiyası stimulantlardan və böyümə hormonlarından istifadə edilir. 

Tatyana Meşçeryakovanın sözlərinə görə, tövsiyə edilməyən qidalardan biri də kişilərin böyük miqdarda istehlak etdiyi qızardılmış ət və kabablardır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin