Kanadadan Rusiyaya SANKSİYA - Siyahıda Putinin köməkçisi də var 

Hazırda oxunan: Kanadadan Rusiyaya SANKSİYA - Siyahıda Putinin köməkçisi də var 

179598

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu dəfəki sanksiyaya 10 fiziki və 152-dən çox hüquqi şəxs məruz qalıb.
Kanadanın sanksiyalar siyahısına Reşetnev İnformasiya Peyk Sistemləri, İlyuşin Aviasiya Kompleksi, AlfaStrakhovanie və RESO-Garantiya, Novorossiysk Dəniz Limanı, Voentorg, Aqat Elmi-Tədqiqat İnstitutu, Rusiya Silahlı Qüvvələrinin Mədəniyyət və İstirahət Parkı, Vympel Korporasiyası, Rusiya Almaz-Antey, Bank Sankt-Peterburq daxildir.

“Voentorq” şirkətinin baş direktoru Vladimir Pavlov, Rusiya Federasiyası prezidentinin köməkçisi İqor Levitin və Rusiya milyonçuları olan Sarkisov qardaşları da sanksiyalar altındadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin