“Şuşa demək olar ki, əlbəyaxa döyüşlə azad olunub. Erməni və azərbaycanlı əsgərlərdə bıçaq və tapança yaraları qeydə alınıb”.
Bizim.Media xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksey Arestoviç “BUDROOO_NEWS”- a müsahibəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna azad edilən ərazilərin bərpasında iştirak etmək istəyir - FOTO
Arestoviçin sözlərinə görə, azərbaycanlı xüsusi təyinatlılar Şuşaya daxil olmaq üçün cənub və şimal hissədən dağlıq massivdən istifadə ediblər:
“Bununla da azərbaycanlılar erməni hərbi komandanlığını möhtəşəm şəkildə aldadıblar. Təsəvvür edin ki, zirehli texnikanın müdafiə etdiyi şəhəri zirehli texnika olmadan azad ediblər. Şuşa əməliyyatı 1940-cı ildə Arden müdafiəsini yarıb keçmək kimi unikaldır.
Ermənilər məəttəl qalmışdı. Çünki özləri də yazırdı ki, Şuşanı azad etmək üçün azərbaycanlılar əli yalın formada pulemyotun üstünə gəlirdilər. Bənzərsiz şücaətdir”.
Bizim.Media