“Türkiyə Rusiya ilə Ukrayna arasındakı qarşıdurmada bitərəfdir” - Çavuşoğlu

Hazırda oxunan: “Türkiyə Rusiya ilə Ukrayna arasındakı qarşıdurmada bitərəfdir” - Çavuşoğlu

17953

Türkiyə Rusiya və Ukrayna arasındakı böhranda tərəflərdən heç birini dəstəkləmir, ancaq bunun həlli üçün diplomatik səyləri dəstəkləməyə hazırdır. Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

Bizim.Media xəbər verir ki, məlumatı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mövlud Çavuşoğlu:"ABŞ-ın hərbi gəmiləri Qara dənizə keçməyəcəklər”


"Donbasdakı problemlərin həlli üçün Minsk razılaşmaları var. Tərəflərə bu problemi sülh və diplomatik yolla həll etmələrini təklif edirik.

Türkiyə istənilən ölkənin - Ukraynanın, Rusiyanın və digər hər kəsin ərazi bütövlüyünü dəstəkləyir və hər iki ölkə ilə münasibətlər qurur. Ölkələrin biri ilə münasibətlərimiz digər ölkə ilə münasibətlərə təsir etməməlidir. Ukrayna ilə Rusiya arasındakı anlaşılmazlıqda heç bir tərəfi dəstəkləmirik”. Çavuşoğlu Türkiyənin NTV kanalının efirində belə deyib.

O, əlavə edib ki, Türkiyə siyasətinin Krım da daxil olmaqla bütün problemlərə mövqeyi aydındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin