Azərbaycanda təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.
O bildirib ki, gün ərzində təcili yardıma daxil olan müraciətlərin 30%-i təsdiqini tapmır, yəni yalan çıxır. Onun sözlərinə görə, təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur:
“Bunun da təxminən 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb.
Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:23 / 23.02.2024
Yalandan təcili yardım çağırmağa görə cərimə artırılsın – Parlamentdə TƏKLİF
Hazırda oxunan: Yalandan təcili yardım çağırmağa görə cərimə artırılsın – Parlamentdə TƏKLİF
Hazırda oxunan: Yalandan təcili yardım çağırmağa görə cərimə artırılsın – Parlamentdə TƏKLİF
179518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.