Bu ərazilərə qar YAĞIR 

Hazırda oxunan: Bu ərazilərə qar YAĞIR 

179490

Artıq bir həftəyə yaxındır ki, Şimal-Qərb bölgəsində yağıntılı, şaxtalı hava şəraiti davam edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecədən başlayaraq bölgənin dağlıq ərazilərinə, əsasən Qaxın Sarıbaş və İlisu, Zaqatalanın Cimcimax və Meşleş, Oğuzun Filfilli, Şəkinin Şin kəndlərinin dağlıq ərazilərinə qar yağmağa başlayıb. 

Bu ərazilərdə havanın temperaturu mənfi 5-7 dərəcə arasında dəyişir. Aran ərazilərdə isə əsasən qısa fasilələrlə yağıntılar müşahidə edilir.
Bölgədən keçən Qaraməryəm-İsmayıllı-Şəki, eləcə də Şəki-Qax avtomobil yollarının bəzi yerlərində isə çiskinli-dumanlı vəziyyət davam edir. Görmə məsafəsi bəzən 100 metrdən 50-30 metrə kimi azalan hissələr var ki, bu zaman nəqliyyat vasitələrinin hərəkəti çətinləşir. 

Səhər saatlarında belə hallar Şəkinin Qoxmuq və Oğuzun Baş Daşağıl kəndləri ərazisindən keçən hissəsində müşahidə edilib.

Havaların soyuq və şaxtalı keçməsinə baxmayaraq, ümumilikdə bölgə rayonlarında vəziyyət qənaətbəşdir. Elektrik, mavi yanacaq və rabitə sistemlərində heç bir məhdudiyyət müşahidə olunmur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin