Alonsodan gələcəyi ilə bağlı xəbərlərə münasibət

Hazırda oxunan: Alonsodan gələcəyi ilə bağlı xəbərlərə münasibət

179460

"Bayer"in baş məşqçisi Xabi Alonso adının "Liverpul" və "Bavariya" ilə hallanmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis "Mayts"la oyundan əvvəl təşkil edilən mətbuat konfransında öz gələcəyi ilə bağlı sualı cavablandırıb:

“Bavariya", yoxsa "Liverpul"? Bu barədə deyəcək bir sözüm yoxdur. Çünki "Bayer"in məşqçisiyəm və hazırda dəqiq olan ancaq budur. “Bavariya"dan zəng gəlib? Bu yalnız şayiə ola bilər. İndi mənim diqqətim öz komandamdadır. Biz yaxşı mövqedəyik. Belə sualların olması normaldır və problem deyil".

Alonso gələn mövsüm də "Bayer"də çalışacaqsınız?" sualını isə "Mən belə düşünürəm" deyərək cavablandırıb.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından Leverkuzen klubunu çalışdırır.. "Bayer" 22 turdan sonra 58 xalla Bundesliqada liderdir  və "Bavariya"nı 8 xal qabaqlayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin