Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Bizim.Media xəbər verir ki, 30 ildən sonra bu torpaqların əsl sakinləri öz dədə-baba yurdları olan Zabuxa geri dönüblər.
Kənddə bütün zəruri texniki-sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb. Hazırda Zabuxun 797 sakini (207 ailə) doğma yurdda yaşayır. İllər əvvəl doğulduqları evlərindən ayrı düşüb köçkün həyatı yaşamağa məcbur olan insanlar qayıdışı böyük sevinclə qarşılayıblar.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media