Makron: “Fransa Ermənistana hərbi texnika tədarük edəcək”

Hazırda oxunan: Makron: “Fransa Ermənistana hərbi texnika tədarük edəcək”

179262

“Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Makron qeyd edib ki, Fransa Ermənistana hərbi texnika tədarükünə razılıq verib:

“Fransanın Ermənistana, onun müstəqilliyinə, ərazi bütövlüyünə və demokratik proseslərə dəstəyinə arxalana bilərsiniz”.

Fransa lideri çıxışı zamanı Aİ missiyası Ermənistandakı fəaliyyətinə də toxunub:

“Missiya sabitliyin qorunmasına, beynəlxalq ictimaiyyətin qərəzsiz məlumatlandırılmasına və təmas xətti boyunca əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin