"Toy müğənnisiyəm. Toyda yaxınlaşıb nə mahnı istəyirlərsə, oxumalısan. Orada "yox" söhbəti olmamalıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Fəlidən doğru xəbər" proqramında oxuduğu mahnıların ələ salınmasına cavab verib.
S.Səmədov pandemiyada efirə çıxmamasından da bəhs edib:
"Bir ildir efirə getmirdim. Artıq insanlar məni yaddan çıxarırdılar. Heç gizli keçirilən toylara da getməmişəm".
Müğənni "Demisiniz ki, sağlam qalmağınızın iki səbəbi var: həyat yoldaşınız və idman. İndi hansıdır? Hansı olmasa, yola verməmək olar? Qorxursan arvaddan" sözlərinə "Qidanın, sənə qulluq edənin öz yeri var. İkisi də bir-birini tamamlayır. Arvaddan qorxmayan kişi yoxdur" cavabını verib.
Səmra Xəlilbəyli, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:18 / 15.04.2021
"Arvaddan qorxmayan kişi yoxdur" - Səməd Səmədov
Hazırda oxunan: "Arvaddan qorxmayan kişi yoxdur" - Səməd Səmədov
Hazırda oxunan: "Arvaddan qorxmayan kişi yoxdur" - Səməd Səmədov
17925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.