Bu gecə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı artıq azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə idmançının vəkili Ələkbər Qarayev məlumat verib.
Onun artıq polis bölməsindən çıxarılaraq Azərbaycanın Rusiyadakı səfirliyinə aparıldığı bildirilir. Kamil Zeynallı bu gün Bakıya qayıdacaq.
Qeyd edək ki, Kamil Zeynallı, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunurdu.
Bizim.Media