Fransada koronavirusa görə hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir

Hazırda oxunan: Fransada koronavirusa görə hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir

1792

Fransa Baş naziri Jan Kasteks koronavirus səbəbindən ölkədə hər 30 saniyədə bir nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o bu barədə Fransanın ictimai televiziyası TF1-ə danışıb.

Jan Kasteks xalqı, xüsusilə də satıcıları COVID-19 tədbirlərinə ciddi əməl etməyə çağırıb.

Avropada və Fransada koronavirusa yoluxma sayında böyük artım müşahidə olunduğuna diqqət çəkən nazir, epidemiya başlayandan bəri 37 min nəfərin həyatını itirdiyini deyib.

“Lazımi addımlar atılmasa, ölkədəki reanimasiya bölmələri 15 gündə dolacaq”-deyə Fransanın Baş naziri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin