Magistral yolların birində sürücü hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, “Mercedes” markalı 90-SS-270 nömrəli avtomobilin sürücüsü hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısında dəfələrlə kəskin əyləcdən istifadə edərək həm özünün, həm də hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradıb.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 50.6.3-cü maddəsinə görə, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.
Videonu təqdim edirik:
Bizim.Media